Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr ayları ərzində hava nəqliyyatı vasitələrinin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində bu növ sığorta üzrə yığımlar 14 milyon 175 min manat təşkil edib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 milyon 589 min manat və ya 34,9% azdır. 2024-cü ilin eyni dövründə bu göstərici 21 milyon 764 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta üzrə heç bir ödəniş edilməyib. Ötən ilin eyni dövründə 793 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 0% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 3,6 faiz bəndi azalıb. 2024-cü ilin eyni dövründə isə zərərlilik göstəricisi 3,6% təşkil edib.





                            
                            
                        
                
                
                
                
                
                
                
                
                
                
                
                







