Azərbaycanda hava nəqliyyatı vasitələrinin sığortası üzrə yığımlar artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 1 milyon 413 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 317 min manat və ya 14,7 dəfə çoxdur.
Ötən ilin yanvar ayında bu göstərici 96 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 28 min manat təşkil edib.
Ötən ilin eyni dövründə sığorta ödənişləri edilməmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2,0% təşkil edib.