Azərbaycanda avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə yığımlar artıb və ödənişlər azalıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 285 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 874 min manat və ya 62% çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 411 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 30 min manat təşkil edib ki, bu da illik müqayisədə 24 manat və ya 44,6% azdır.
Keçən ilin eyni dövründə 54 min manat sığorta ödənişləri edilmişdi.