Bu ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 47 milyon 408,3 min manat, işsizlikdən sığorta üzrə daxilolmalar isə 35 milyon 266,4 min manat olub.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
"Bu sığorta haqları üzrə daxilolmaların icrası proqnozlara nisbətən müvafiq olaraq 109 % və 112,3 % təşkil edib", - o qeyd edib.