Azərbaycanda 2019-cu ildə sığorta şirkətləri üçün ən zərərli və müştərilərə ən sərfəli sığorta növləri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Azərbayanın sığorta şirkətləri üçün ən zərərli sığorta növü təyyarələrin sığortalanması olub.
Eləcə də bax: Azərbaycanda sığorta sinifləri üzrə - ÖDƏNİŞ VƏ YIĞIMLAR - (Yanvar-dekabr, 2019)
Belə ki, bu sığorta növü üzrə toplanın 10 milyon 637 min manat sığorta haqqı müqabilində 19 milyon 227 min manat sığorta ödənişi edilib. Başqa sözlə, toplanan sığopta haqqından 1,8 dəfə artıq məbləğ geri qaytarılıb.
Sığorta ödənişlərinin böyük olduğu daha bir sığorta növü həyatın yaşam sığortasıdır. Ötən il bu sahədə 166 milyon 110 min manat sığopta haqqı toplanıb, 120 milyon 548 min manat sığorta ödənişi verilib. Zərərlilik – 72,6% təşkil edib.
Avtomobillərin icbari sığortası sığorta şirkətlərinə zərərlilik dərəcəsinə görə, 3-cü sıradadır. 2019-cu ildə bu sığorta növü üzrə 100 milyon 430 min manat toplanıb, müqabilində 67 milyon 236 min manat sığorta ödənişi verilib – zərərlilik 66,9%.
Hərçənd, sığortanın bu növündə agentlərə ödənilən yüksək (15-25%) komissiya haqlarını nəzərə alanda bu sığortada real zərərlilik göstəricisi 80%-ə çatır.
Zərərliyə görə növbəti yeri kənd təsərrüfatı heyvanlarının sığoptası tutur.
FED.az xəbər verir ki, 2019-cu ildə sığorta şirkətləri bu sığorta üzrə 1 milyon 439 min manat sığorta haqqı toplayıblar, əvəzində 937 min manat ödəniş ediblər – zərərlilik 65,1% təşkil edib.
Nəhayət, sığorta şirkətləri üçün daha bir xərcaparan sığorta növü təbbi sığortadır. 2019-cu il Azərbaycanın bütün ərazisində tibbi sığortanın tətbiq edilmədiyi sonuncu ildir və həmin il sığorta şirətləri bu növ üzrə topladıqları 95 milyon 825 min manat sığorta haqqı müqabilində xəstələrə 60 milyon 493 min manat sığopta ödənişi ediblər – zərərlilik 63,1%.