2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 1 milyard 108 milyon 233,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 26,6% çoxdur.
İcbari sığortaya dair bəzi qərarlarda - DƏYİŞİKLİK EDİLDİ
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 812 milyon 598,9 min manat (artım 23,6%) və ya bazar üzrə bütün sığorta haqlarının 73,3%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 498 milyon 718,6 min manat (artım 29,2%), qeyri-həyat sığortası üzrə sığorta haqları 313 milyon 880,3 min manat (artım 15,5%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 295 milyon 634,8 min manat (artım 35,9%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (461 milyon 383,1 min manat), könüllü tibbi sığorta (112 milyon 547,8 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (147 milyon 793,3 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 65,1%-ni təmin edib.
Yanvar-noyabr aylarında sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 497 milyon 466,3 min manat yönəldiblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 24,1% çoxdur.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 398 milyon 352 min manat (artım 27%) və ya bazar üzrə bütün ödənişlərin 80,1%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 271 milyon 629,8 min manat (artım 19,1%), qeyri-həyat sığortası üzrə ödənişlər 126 milyon 722,2 min manat (artım 47,9%) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 99 milyon 114,3 min manat (artım 13,6%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (89 milyon 637,2 min manat), həyatın yaşam sığortası (269 milyon 542,6 min manat) və könüllü tibbi sığorta (73 milyon 497,8 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, yanvar-noyabr aylarında bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 87%-ni təmin edib.
11 ay ərzində həyatın yaşam sığortası üzrə ödənişlər 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,4% artıb.
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstəribüçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2023-cü ilin yanvar-noyabr aylarında sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (473,79 milyon manat), “PAŞA Sığorta” (265,495 milyon manat), “Atəşgah Həyat Sığorta” (62,41 milyon manat), “Qala Sığorta” (53,63 milyon manat) və “Atəşgah Sığorta” (39,117 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 80,7%-i bu 5 şirkətin payına düşüb.
Cari ilin yanvar-noyabr aylarında ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (245,346 milyon manat), “PAŞA Sığorta” (89,526 milyon manat), “Azərbaycan Sənaye Sığorta (31,515 milyon manat), “Atəşgah Həyat Sığorta” (23,47 milyon manat) və “Xalq Sığorta” (20,948 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 82,6%-i bu 5 şirkətin payına düşüb.
2023-cü ilin yanvar-noyabr aylarında sığorta sektorunun penetrasiya səviyyəsi 1% təşkil edib. (İnterfaks-Azərbaycan)