Azərbaycan vətəndaşlarının sığorta xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədilə müəyyyən mobil tətbiqlərin istifadəyə verilməsi planlaşdırılır.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı - 13% BÖYÜYÜB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bildirir.
Məlumata görə, mobil tətbiqlər vətəndaşlara sığorta məhsulu almaqla yanaşı, sığorta hadisələrinin tənzimlənməsində iştirak etməyə, sığorta şirkətlərinin fəaliyyətinə qiymətə verməyə imkan yaradacaq. Bununla da, AMB sığorta bazarında keyfiyyətli xidmət göstərilməsinə dəstək verəcək.