Yaxın zamanlarda Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən sığorta şirkətlərinə ilk dəfə korporativ idarəetmə standartları təqdim ediləcək.
Mərkəzi Bank: Daşınmaz əmlakın icbari sığortası vətəndaşların hüquqlarına zidd deyil
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.
"Burda korporativ idarəetmə standartlarının bir hissəsi sığorta şirkətlərinin hesabatlılığının artırılması və onların fəaliyyətinin ictimaiyyətə çatdırılmasından ibarətdir. Bu sahədə də çox qısa zamanda işlər görüləcək", - deyə T. Kazımov bildirib.
Qeyd edək ki, bank sektorunda korporativ idarəetmə standartların tətbiqinə 2004-cü ildən başlanılıb.
Hazırda Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət göstərir. (Report)