Azərbaycanda sığorta şirkətləri üçün ən zərərli olan sığorta növləri məlum olub.
Eləcə də bax: Sığorta sinifləri üzrə - ÖDƏNİŞ/YIĞIM NİSBƏTİ (Yanvar-oktyabr, 2019)
FED.az xəbər verir ki, Azərbaycanda sığorta növləri arasında ən zərərli olanları məlum olub. Belə ki, aşağıda adları qeyd edilən sığorta növlərində zərərlik 50%dan çoxdur.
Eləcə də bax:Azərbaycanda aqrar sığortanın işə düşmə - VAXTI MƏLUM OLDU
Kənd təsərrüfatı heyvanlarının sığortasında şirkətlər sığorta yığımlarının 68%-ni ödənişlərə sərf ediblər. İkinci ən çox zərərli sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olub. Bu sığorta növündə şirkətlər yığımlarının 65%-ni ödənişlərə sərf ediblər.
Həyatın yaşam sığortasında şirkətlər yığımlarının 63%-ni, tibbi sığortada 61%-ni, hava nəqliyyatı vasilərinin sığortasında isə 54% ödənişlərə sərf ediblər.