Azərbaycanda daha bir sığorta şirkətinin rəhbərliyində dəyişiklik var. FED.az xəbər verir ki, «Günay Sığorta» şirkətinin idarə heyətinin sədri Kənan Əsgərov vəzifəsindən uzaqlaşıb. Hazırda həmin vəzifə şirkətin maliyyə direktoru Gülnarə Cavadovaya həvalə edilib. Bu barədə FED.az-ın sorğusuna cavab olaraq şirkətdən məlumat verilib.
ELƏCƏ DƏ BAX: Müştərilərin razı və narazı qaldığı sığorta şirkətləri - REYTİNQ