“Günay Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.
FED.az xəbər verir ki, bu barədə məlumat Sığorta Şirkətinə yaxın mənbədən əldə edilib.
Məlumata görə, İdarə Heyətinə yeni seçilmiş üzvün adı Leyla İlqar Qızı Hüseynovadır. Maliyyə Bazarlarına Nəzarət Palatasına L. Hüseynovaya sığortaçıda rəhbər vəzifəyə təyinatı üçün lisenziya verib.
Bununla da “Günay Sığorta” ASC-nin İdarə Heyəti 3 nəfərə qədər artıb. Hazırda İdarə Heyətinə sədirliyi Gülnarə Cavadova və müavin isə İlkin Mirzəyevdir.
Eləcə də bax: “AXA MBASK”ın lisenziyası məhdudlaşdırıldı - PALATANIN QƏRARI