«AXA Mbask» sığorta şirkəti 2019-cu ilin nəticələrinə görə böyük zərər açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin hesabatına görə, ötən il «AXA Mbask»ın gəlirləri 11 milyon 347 min manat, xərcləri 15 milyon 372,5 min manat təşkil edib.
Nəticədə şirkət 2019-cu ili 4 milyon 25,5 min manait zərərlə başa vurub.
Ötən il şirkətin aktivləri iki dəfəyə yaxın azalaraq ilin əvvəlindəki 35 milyon 888,2 min manatdan, ilin sonunda 18 milyon 232,2 min manata enib.
Bu dövrdə uzunmüddətli aktivlərin həcmi 4 dəfə azalaraq 9 milyon 597,8 min manatdan 2 milyon 452,3 min manata düşüb.
O cümlədən torpaq və tikintilərin dəyəri 4,7 milyon manatdan 584 min manata enib.
Qısamüddətlt aktivlər isə 26 milyon 290 min manatdan 15 milyon 780 min manata düşüb. Şirkətin cəmi kapitalında da kəskin azalma baş verib – ilin əvvəlindəki 22,9 milyon manatdan, 16,9 milyon manata enib.
Xatırladaq ki, dünyanın 1 nömrəli sığopta brendi sayılan «AXA Mbask» Azərbaycandakı fəaliyyətini dayandırmağa qərar verib. Və şirkət hazırda yeni müqavilə bağlamır, yalnız əvvəlki müqavilələrə xidmət edir. Şirkətin böyük zərərlə işləməsi də bununla bağlıdır.