Azərbaycanda sığorta ödənişlərinin həcmi 100 milyon 401 min manat və ya 58% artıb.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Sığorta ödənişlərin ən çox könüllü sığorta ödənişləri üzrə 86 milyon 976 min manat, başqa sözlə 65% artım.
Bu ödənişlərə daxil olan könüllü həyat sığrotasında 74 milyon 957 min manat (80%) artım qeydə alınıb.
Könüllü həyat sığortasına daxil olan sığorta siniflərində ən kəskin artım kreditlərin sığortası (72,8 dəfə), əmək qabiliyyətinin sığortası (5,6 dəfə), yüklərin sığortası (3,6 dəfə), fərdi qəza və xəstəlik sığortası (3,2 dəfə), icbari sığrota növlərindən daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (11,7 dəfə) üzrə edilib.
Ən kəskin azalmalar isə cəmi mülki məsuliyyətin sığortası (48%), ondan ümumi mülki məsuliyyətin sığortası (3,4 dəfə) və digər icbari sığorta növləri (22%) olub.