Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyata keçirilmiş 301,179 milyon manat sığorta ödənişinin 265,871 milyon manatı və yaxud 88,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUL, 2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (156,591 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 340,992 milyon manat), eləcə də "PAŞA Sığorta" (35,114 milyon manat), "Atəşgah Həyat Sığorta" (21,044 milyon manat) və “Xalq Sığorta” (12,13 milyon manat) ASC-lərdir.
7 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “Xalq Həyat Sığorta” (83 min manat), “Naxçıvan Sığorta” (178 min manat) və “Bakı Sığorta” (462 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 723 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 34,585 milyon manat (11,5%) təşkil edib. (Renkinq)