Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 208,233 milyon manat sığorta ödənişinin 183,837 milyon manatı və yaxud 88,3%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Azərbaycanda sığorta sinifləri üzrə - ÖDƏNİŞ VƏ YIĞIMLAR - (YANVAR-MAY,2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" ASC (101,253 milyon manat), Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 34,52 milyon manat), eləcə də "PAŞA Sığorta" (23,134 milyon manat), "Atəşgah Həyat Sığorta" (16,408 milyon manat) və “Xalq Sığorta” (8,522 milyon manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (0 manat), “Xalq Həyat Sığorta” (83 min manat), “Rəvan Sığorta” (98 min manat) və “Naxçıvan Sığorta” (106 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 287 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,1%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 24,109 milyon manat (11,6%) təşkil edib. (Renkinq)