Bu ilin yanvar-may aylarında Azərbaycanda həyata keçirilmiş 136,8 milyon manat sığorta ödənişinin 111,969 milyon manatı və yaxud 81,85%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Azərbaycanda sığorta haqlarının 79%-i - 5 ŞİRKƏTİN PAYINA DÜŞÜR
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (57,34 milyon manat), "PAŞA Sığorta" (27,919 milyon manat), "Atəşgah Həyat Sığorta" (12,915 milyon manat), “Xalq Sığorta” (7,191 milyon manat) və "Atəşgah Sığorta" (6,604 milyon manat) ASC-lərdir.
5 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "Bakı Sığorta" (78 min manat), "Rəvan Sığorta" (176 min manat) və “AXA Mbask” Sığorta Şirkəti (274 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 528 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 11 sığorta şirkətinin ümumi ödənişləri isə 24,303 milyon manat (17,75%) təşkil edib.