Bu ilin yanvar-iyun aylarında Azərbaycanda həyata keçirilmiş 174,923 milyon manat sığorta ödənişinin 141,691 milyon manatı və yaxud 81%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUN, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (71,419 milyon manat), “PAŞA Sığorta” (36,001 milyon manat), “Xalq Sığorta” (12,179 milyon manat), “Atəşgah Həyat Sığorta” (11,682 milyon manat) və “Azərsığorta” (10,41 milyon manat) ASC-lərdir.
6 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (3 min manat), “İpək Yolu Sığorta” (112 min manat), “Xalq Həyat Sığorta” (136 min manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (186 min manat) və “Naxçıvan Sığorta” (222 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 659 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 32,573 milyon manat (18,6%) təşkil edib. (Renkinq)