Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 240,764 milyon manat sığorta haqqının 187,18 milyon manatı və yaxud 77,75%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta ödənişlərinə görə - ŞİRKƏTLƏRİN RENKİNQİ (MART 2020)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Sığorta" (75,93 milyon manat), "PAŞA Həyat Sığorta" (53,766 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 35,748 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (11,001 milyon manat) və "Qala Sığorta" (10,735 milyon manat) ASC-lərdir.
3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (247 min manat), "Bakı Sığorta” (349 min manat) və “Xalq Həyat Sığorta” (475 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,076 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,45%-i deməkdir.
Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 52,508 milyon manat (21,8%) təşkil edib.
Renkinq