Azərbaycanda sığorta ödənişləri kəskin artıb.
Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MART, 2023)
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart aylarında ölkənin sığorta bazarında 346 milyon 910 min manat sığorta haqqı toplanıb, 102 milyon 290 min manat sığorta haqqı ödənilib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə sığorta haqları 88 milyon manat və ya 34% artıb.
Sığorta ödənişləri isə 41 milyon manat və ya 67% artıb.
Sığorta ödənişlərinin belə kəskin artımı könüllü sığortanın hesabına baş verib.
Belə ki, 2023-cü ilin yanvar-mart aylarında könüllü sığortalar üzrə 78 milyon manat sığorta ödənişi olub, bu da 2022-ci ilin eyni dövründən 2 dəfə və ya 39 milyon manat artıqdır.
Öbz növbəsində könüllü sığortada ödənişin belə kəskin artımı həyatın yaşam sığortasının hesabınadır.
İlk 3 ayda həyatın yaşam sığortası üzrə 54,8 milyon manat ödəniş olub. Bu 2022-ci illə müqayisədə 38 milyon manat və ya 3,4 dəfə artıqdır.
İcbari sığortalarda ödənişin artımı sücidir – 1,7 milyon manat və ya 8%.