Hər bir vətəndaş xəbəri olub-olmamasından asılı olmayaraq sığorta münasibətlərinin iştirakçısı kimi çıxış edir. Bununla yanaşı, vətəndaşların sığorta məsələləri üzrə məlumatsızlığı istər fərdi, istərsə də sahibkarlıq sahəsi üzrə yaranan münasibətləri tənzimləməsində maneələr yaradır.
Aqrar Sığorta Fondu güclü külək və hava şəraiti ilə bağlı - FERMERLƏRƏ MÜRACİƏT EDİB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Sigortadestek.az saytı vasitəsilə öz müştərilərinə sığorta münasibətləri üzrə dəstək verən «İnsurance Consalting Service» MMC hansı qurumların hansı sığorta növləri üzrə səlahiyyətli olmasını açıqlayıb.
"A-Qroup" körpənin müalicəsi üçün - 23 000 AZN ÖDƏDİ
1) Əvvəla, hər kəsin ən çox qarşılaşdığı yol-nəqliyyat hadisələri barədə məlumat verək. Başda avtomobil üzrə icbari sığortanın olmamasına görə inzibati cərimə yazmaqla yanaşı, yol-nəqliyyat hadisəsi üzrə hadisəni təsdiqləyən, təsdiqedici sənədləri elektron bazaya yükləyən qurum Dövlət Yol Polisidir.
Sığorta yığımlarının dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-SENTYABR,2021)
2) Əmlak sığortaları üzrə baş verən yanğın və fövqəladə hadisələrini təsdiqləyən, həmçinin qeyri-yaşayış sahələrinin icbari sığortasını yoxlayaraq inzibati cərimə yazmaq səlahiyyəti olan qurum Fövqəladə Hallar Nazirliyidir.
3) Əmlak sığortaları üzrə sürüşmə, çökmə, fırtına, dolu, qasırğa kimi hadisələri təsdiqləmək səlahiyyəti olan qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.
4) Oğurluq, quldurluq, soyğunçuluq, sağlamlığa xəsarət dəyməsi, ölüm halları üzrə cinayət işini başlamaqla hadisəni təsdiqləyən qurum Daxili İşlər Nazirliyidir.
5) Yaşayış evləri və mənzillərdə baş verən subasma kimi halları təsdiqləyən qurumlar kimi mənzil kommunal təsərrüfatı birliyi, mənzil tikinti kooperativi və ya binanın komendatlığı, həmçinin ərazi üzrə fövqəladə hal baş veribsə, rayon icra hakimiyyəti üzrə fövqəladə komissiya da səlahiyyətə malikdir.
6) Əhalinin tibbi sığortalanması və təminat verilməsi kimi hallar üzrə tam səlahiyyətli qurum İcbari tibbi sığorta Agentliyidir.
7) Kənd təsərrüfatı heyvanları və əkin sahələri üzrə baş verən hadisələri araşdıran, ödəniş verilməsi məsələləri ilə məşğul olan qurum Aqrar Sığorta Fondudur.
1 inəyin sığortası 30-40 manatdan başlayır – Goranboyda Fermerlərlə Görüş
8) Əmanətlərin sığortalanması mexanizmi üzrə bağlanan banklarda qalan sığortalı əmanətlərin qaytarılması sisteminə cavabdeh qurum Əmanətlərin Sığortalanması Fondudur.
9) Əhalinin sosial sığorta çərçivəsində pensiya və müavinətlərlə təminatı məsələləri üzrə səlahiyyətli qurum Dövlət Sosial Müdafiə Fondudur. Onu da qeyd edək ki, 2022-ci ildən başlayaraq hərbi qulluqçu statusuna malik şəxslər, hüquq-mühafizə orqanları işçiləri və deputatların sığortalanması mexanizmi üzrə səlahiyyətli qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olacaq. Bu nazirlik 1991-1997-ci illər ərzində baş vermiş hərbi əməliyyatlar dövründə xəsarət almış, əlillik dərəcəsi təyin edilmiş şəxslərə və ya ailə üzvlərinə sığorta ödənişlərinin verilməsi məsələsində də səlahiyyətli qurum olacaq.
10) Mərkəzi Bank. Bu qurum ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin qanunvericiliklə müəyyən edilmiş vəzifələrini pozması nəticəsində sığortalı və ya faydalanan şəxslərin itkilərə məruz qalması halında həmin sığorta şirkətlərinə göstəriş verərək pozulmuş hüquqları bərpa edən qurumdur.
11) Məhkəmələr. Əmlaka dəymiş zərərin məbləğinin mübahisələndirilməsi və səlahiyyətli qurumlarla tənzimlənməsi mümkün olmayan məsələlərə dair səlahiyyətli qurum statusundadır.
Müəllif: Aqil Nuriyev, «İnsurance Consalting Service» MMC-nin (sigortadestek.az) direktor