Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanılmış 358,771 milyon manat sığorta haqqının 296,449 milyon manatı və yaxud 82,6%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta yığımlarının həcmi üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-APREL, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (149,815 milyon manat), "PAŞA Sığorta" (96,042 milyon manat), “Qala Sığorta” (20,619 milyon manat), “Atəşgah Həyat Sığorta” (17,845 milyon manat) və “Xalq Sığorta” (12,128 milyon manat) ASC-lərdir.
4 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (461 min manat), "Naxçıvan Sığorta" (786 min manat), “Bakı Sığorta” (1,661 milyon manat), “Atasığorta” (1,676 milyon manat) və “Günay Sığorta” (2,035 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 6,619 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,9%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 55,703 milyon manat (15,5%) təşkil edib.(Renkinq)