Bu ilin yanvar-mart aylarında Azərbaycanda toplanılmış 258,425 milyon manat sığorta haqqının 210,731 milyon manatı və yaxud 81,55%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MART, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (86,302 milyon manat), "PAŞA Sığorta" (85,361 milyon manat), “Qala Sığorta” (17,712 milyon manat), “Atəşgah Həyat Sığorta” (12,491 milyon manat) və “Xalq Sığorta” (8,865 milyon manat) ASC-lərdir.
3 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (340 min manat), "Naxçıvan Sığorta" (550 min manat), “Bakı Sığorta” (1,156 milyon manat), “Atasığorta” (1,445 milyon manat) və “Günay Sığorta” (1,448 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 4,939 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 1,9%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 42,755 milyon manat (16,55%) təşkil edib. (Renkinq)