Bu ilin yanvar-fevral aylarında Azərbaycanda toplanılmış 178,307 milyon manat sığorta haqqının 144,662 milyon manatı və yaxud 81,1%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-FEVRAL, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Sığorta" (59,856 milyon manat), "PAŞA Həyat Sığorta" (51,201 milyon manat), “Qala Sığorta” (7,482 milyon manat), “Atəşgah Həyat Sığorta” (7,464 milyon manat) və “Xalq Sığorta” (5,956 milyon manat) ASC-lərdir.
2 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (166 min manat), "Naxçıvan Sığorta" (337 min manat), “Bakı Sığorta” (780 min manat), “Günay Sığorta” (978 min manat) və “Xalq Həyat Sığorta” (1,229 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 3,49 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 30,155 milyon manat (16,9%) təşkil edib.
Azərbaycanda sığorta ödənişlərinin 77%-i 5 şirkətin payına düşür
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda həyata keçirilmiş 38,936 milyon manat sığorta ödənişinin 30,12 milyon manatı və yaxud 77,4%-i 5 sığorta şirkətinin payına düşüb.
Həmin şirkətlər "PAŞA Sığorta" (11,6 milyon manat), “PAŞA Həyat Sığorta” (9,108 milyon manat) və “Xalq Sığorta” (3,9 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 3,72 milyon manat), eləcə də “Atəşgah Sığorta” (1,792 milyon manat) ASC-lərdir.
2 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (3 manat), “İpək Yolu Sığorta” (8 min manat), “Naxçıvan Sığorta” (66 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (82 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 159 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi ödənişləri isə 8,657 milyon manat (22,2%) təşkil edib. (Renkinq)