Bu ilin yanvar-iyul aylarında Azərbaycanda toplanılmış 580,501 milyon manat sığorta haqqının 463,907 milyon manatı və yaxud 79,9%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta şirkətlərinin ödəniş-yığım nisbəti üzrə - RENKİNQİ – (YANVAR-İYUL, 2022)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (247,668 milyon manat), "PAŞA Sığorta" (137,463 milyon manat), “Atəşgah Həyat Sığorta” (29,5 milyon manat), “Qala Sığorta” (26,602 milyon manat) və “Xalq Sığorta” (22,674 milyon manat) ASC-lərdir.
7 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (1,102 milyon manat), "Naxçıvan Sığorta" (1,408 milyon manat), “Atasığorta” (2,726 milyon manat), “Bakı Sığorta” (3,688 milyon manat) və “Günay Sığorta” (4,081 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 13,005 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,2%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 103,589 milyon manat (17,9%) təşkil edib. (Renkinq)