Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda toplanılmış 767,914 milyon manat sığorta haqqının 583,457 milyon manatı və yaxud 76%-i 5 sığorta şirkətinin payına düşüb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-OKTYABR, 2021)
FED.az biznes və maliyyə xəbərləri portalı Renkinq-ə istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (285,245 milyon manat), "PAŞA Sığorta" (164,599 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 55,231 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (39,272 milyon manat) və “Qala Sığorta” (39,11 milyon manat) ASC-lərdir.
11 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (434 min manat), "Naxçıvan Sığorta" (2,213 milyon manat), “Bakı Sığorta” (4,496 milyon manat), “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (5,579 milyon manat) və “Xalq Həyat Sığorta” (5,662 milyon manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 18,384 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 2,4%-i deməkdir.
Qalan 10 sığorta şirkətinin ümumi yığımları isə 166,073 milyon manat (21,6%) təşkil edib.