“Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyi İcbari Sığorta Bürosuna üzv olan sığorta şirkətləri ilə birlikdə sığorta hadisələrinin sayının azaldılması üçün sosial layihə həyata keçirir.
FED.az xəbər verir li, bu barədə ASA-dan bildirilib.
Eləcə də bax: Gecikdirilən sığorta haqqına görə – FAİZ HESABLANIB BELƏ BÖLÜNƏCƏK – QURUMLAR
Məlumatda deyilir ki, layihə maarifləndirmə xarakterlidir və məqsəd sürücülərin sükan arxasında mobil telefonla danışmaqdan çəkindirməkdir. Layihə çərçivəsində çöl və rəqəmsal reklam daşıyıcılarında mobil telefondan istifadənin risklərini özündə əks etdirən vizual materiallar yerləşdiriləcək.
Xatırladaq ki, ASA ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərin hüquqi bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır. Qurumun əsas məqsədi ölkədə fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgiləri artırmaqdan ibarətdir. Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi İctimai Birliyin üzvüdür.