Azərbaycanda xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımlar azalıb, ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında bu növ sığorta üzrə yığımlar 1 milyon 383 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 177 min manat və ya 11% azdır.
2023-ci ilin yanvar-aprel aylarında bu göstərici 1 milyon 559 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 84 min manat təşkil edib. Ödənişlərdə illik müqayisədə dəyişikik olmayıb.
Hesabat dövründə zərərlilik göstəricisi isə 6,1% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 0,7% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,4% təşkil edib.