Azərbaycanda sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar və ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesbalamalara istiandən xəbər verir ki, cari ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 763 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 605 min manat və ya 4,1 dəfə çoxdur.
2022-ci ilin yanvar-oktyabr aylarında bu göstərici 1 milyon 158 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 34 min manat təşkil edib ki, bu da illik müqayisədə 27 min manat və ya 44,3% azdır .
Keçən ilin eyni dövründə 60 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 0,7% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4,5% azalıb. 2022-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 5,2% təşkil edib.