Bu ilin sentyabın 1-nə Azərbaycanda POS-terminalların sayı 101 min 66 ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə terminalların sayı son bir ayda 1 887 ədəd (2%), son bir ildə 19 min 847 ədəd (24,4%) artıb.
Terminalların 64 min 120-si Bakıda yerləşib ki, bu da aylıq müqayisədə 930 ədəd (1,5%), illik müqayisədə 8 min 857 ədəd (16%) çoxdur.
Regionlardakı terminalların sayı isə son bir ayda 957 ədəd (2,7%), son bir ildə isə 10 milyon 990 ədəd (42,3%) artaraq 36 min 946-ya çatıb.