Azərbaycanda operativ və peşəkar sığorta xidmətləri göstərən yeni sığorta agentliyi fəaliyyətə başlayıb. “Global EFC” brendi altında fəaliyyət göstərən sığorta agentliyi cari ilin may ayında təsis edilib.
“Global EFC” sığorta agentlıiyinin təsisçisi və direktoru Hüseynağa Əliyevin FED.AZ xəbər saytına verdiyi məlumata görə, şirkət yeni təsis ediləsə də sığorta sahəsinin peşəkarlarından ibarət heyət formalaşıb. Agentlik 2024-cü ilin may ayında fəaliyyətə başladı, müştərilərimizə yüksək keyfiyyətli operativ xidmətlər göstərməyi hədəfləmişik:
Bizim əsas məqsədimiz inkişaf edən sığorta bazarında dürüst xidmətlər göstərməklə bu sahənin inkişafına öz töhfəmizi verməkdir. Müştərilərimizlə münasibətlər yalnız satış xidmətləri ilə bitmir. Biz tərəfdaşlarımıza sığorta məsləhəti və ən əsası da yol avto-qəza hallarında bir növ “sığorta vəkilliyi” etməkdir.
H.Əliyev bildirib ki, “Global EFC” sığorta agentliyinin əsas üstünlüyü sığorta sektorunda ən güclü tərəfdaşların məhsullarını müştərilərimizin büdcəsinə uyğun və sərfəli şəkildə təqdim etməkdir.
Qeyd edək ki, “Global EFC” sığorta agentliyi həm həyat sığortası, həm də qeyri-həyat sığortasına aid olan icbari və könüllü sığorta növlərini bir şirkət adından təqdim etməklə müştərilərə rahatlığına güvən verir.