2025-ci ilin müvafiq dövrünün yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin həcmi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə müştərilərinə ən çox vəsait geri ödəyən şirkətlər məlum olub.
Renkinqə "Paşa Həyat Sığorta" ASC başçılıq edir. Şirkətin sığorta ödənişləri 561 milyon 73 min manat təşkil edib. İkinci yerdə "Paşa Sığorta" ASC qərarlaşıb – şirkətin ödənişlərinin həcmi 140 milyon 665 min manat olub.
"Atəşgah Həyat" Sığorta Şirkəti ASC 69 milyon 792 min manat göstərici ilə üçüncü sırada yer alıb. "Atəşgah" Sığorta Şirkəti ASC isə 40 milyon 469 min manat ödənişlə dördüncü olub.
Digər sığorta şirkətlərinin göstəriciləri aşağıdakı kimidir:
"Qala Sığorta" ASC tərəfindən 27 milyon 67 min manat, "Meqa Sığorta" ASC tərəfindən isə 16 milyon 146 min manat ödəniş həyata leçirilib.
"Azərbaycan Sənaye Sığorta" ASC 13 milyon 143 min manat, "A-Qroup Sığorta Şirkəti" ASC is 12 milyon 14 min manat dəyərində müştərilərinə ödəniş edib.
Siyahının sonrakı pillələrində "Xalq Sığorta" ASC (10 milyon 883 min manat) qərarlaşıb. Renkinqin ilk onluğunu isə "Aqrar Sığorta" ASC tamamlayır; şirkətin ödənişləri 9 milyon 156 min manat təşkil edib.












