2026-cı il fevralın 2-si saat 11:00-da “Azər-Asiya Müştərək Sığorta Şirkəti” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir (VÖEN-1400335181).
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə cəmiyyətin ləğv olunması və bundan irəli gələn məsələlərin həll edilməsi daxildir.
Gündəliyin məsələlərinə aid materiallarla ümumi yığıncağın keçirilməsinə 1 iş günü qalmış, hər iş günü saat 11:00-dan 13:00-dək cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Səhmdarlar şəxsiyyətini təsdiq edən sənəd, nümayəndələr isə müvafiq qaydada rəsmiləşdirilmiş etibarnamə təqdim etməlidirlər.
Ümumi yığıncaqda iştirak etmək üçün səhmdarların qeydiyyatı yığıncağın başlanmasına 30 dəqiqə qalmış aparılacaq.
Əlaqə telefonu: +994 51-252-00-74.
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 30.












