Azərbaycanda yanvar-oktyabr ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında bu növ sığorta üzrə yığımlar 4 milyon 314 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 649 min manat və ya 62% çoxdur.
2023-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 2 milyon 666 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 64 min manat təşkil edib Ötən ilin eyni dövründə cəmi 3 manat sığorta ödənişi olunub. Ödənişlər 61 min manat (23,9 dəfə) artıb.
Hesabat dövründə zərərlilik göstəricisi isə 1% təşkil edib.