Azərbaycanda yanvar-iyul ayları üzrə kreditlərin könüllü sığortası üzrə yığımlar və ödənişlərin həcmi məlum olub.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu növ sığorta üzrə yığımlar 2 milyon 658 min manat təşkil edib.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 408 min manat və ya 2,1 dəfə çoxdur.
2023-cü ilin yanvar-avqust aylarında bu göstərici 1 milyon 250 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 43 min manat təşkil edib Ötən ilin eyni dövründə sığorta ödənişi olunmayıb.
Hesabat dövründə zərərlilik göstəricisi isə 2% təşkil edib.