Kreditlərin könüllü sığortası üzrə yığımlarda artım qeydə alınsa da, ödənişlər və zərərlilik demək olar ki, dəyişməyib.
FED.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında bu sığorta növü üzrə yığımlar 243 min manat (10.7%) artaraq 2 milyon 275 min manatdan 2 milyon 518 min manata yüksəlib.
Sığorta ödənişləri isə faktiki olaraq dəyişməyərək 38 min manatdan 37 min manata enib ki, bu da cəmi 1 min manatlıq (2.6%) azalmadır.
Nəticədə, zərərlilik göstəricisi də praktiki olaraq dəyişməyib və 0.2 faiz bəndi azalaraq 1.7%-dən 1.5%-ə düşüb.