Azərbaycanda könüllü şəxsi sığorta üzrə yığımlar azalıb, ödənişlər artıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar ayında bu növ sığorta üzrə yığımlar 52 milyon 739 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 526 min manat və ya 9,5% azdır.
Ötən ilin yanvar ayında bu göstərici 58 milyon 265 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 6 milyon 270 min manat təşkil edib ki, bu da illik müqayisədə 593 min manat və ya 10,4% çoxdur.
Ötən ilin eyni dövründə 5 milyon 677 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 11,9% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 2,2% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 9,7% təşkil edib.