Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 76 768 min manat sığorta haqqı toplanıb.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankdan (AMB) verilən məlumata görə, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 7,6% artıb.
Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 43 519,5 min manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4% çoxdur. (Apa)