Azərbaycanda könüllü sığortalar üzrə ödənişlər 30%-dən çox artıb.
FED.az Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bu növ sığorta üzrə ödənişlər 170 milyon 24 min manat təşkil edib.
Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 43 milyon 781 min manat və ya 33,6% çoxdur.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 130 milyon 249 min manat təşkil edib.