Bu ilin yanvar ayı ərzində Azərbaycanda sığorta şirkətləri tərəfindən könüllü sığorta növləri üzrə ümumilikdə 91 235,3 min manat həcmində sığorta haqqı yığılıb.
Eləcə də bax: Azərbaycanda könüllü sığorta azalıb, icbari sığorta - ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, sığorta yığımlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 25,7% artıb.
Hesabat ayında şirkətlər tərəfindən könüllü sığorta növləri üzrə 19 226 min manat məbləğində ödəniş həyata keçirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78% çoxdur.
Qeyd edək ki, bu ilin yanvar ayında həm könüllü, həm də icbari bütün sığorta növləri üzrə şirkətlərin cəmi yığmları 111 550,2 min manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 27%-ə yaxın çoxdur. Bu müddətdə ödənişlər də 53%-ə yaxın artaraq 26 185 min manata yüksəlib.
Apa