Azərbaycanın könüllü sığorta bazarında 2025-ci ilin ilk yarısında ötən ilin eyni dövrü ilə müqayisədə həm yığımlarda, həm də ödənişlərdə əhəmiyyətli artım qeydə alınıb. Ödənişlərdəki artımın daha sürətli olması ümumi zərərliliyi yüksəldib.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2025-ci ilin yanvar-iyun aylarında könüllü sığorta üzrə yığımlar 622 milyon 365 min manat təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 81 milyon 301 min manat (15,0%) artım deməkdir. Ötən ilin müvafiq dövründə bu göstərici 541 milyon 64 min manat olmuşdu.
Hesabat dövründə həyata keçirilən sığorta ödənişləri isə 363 milyon 872 min manata çatıb. Bu rəqəm illik müqayisədə 69 milyon 121 min manat (23,5%) çoxdur. 2024-cü ilin müvafiq dövründə könüllü sığorta üzrə ödənişlər 294 milyon 751 min manat təşkil etmişdi.
Ödənişlərdəki artım tempinin (23,5%) yığımlardakı artım tempini (15,0%) üstələməsi nəticəsində ümumi zərərlilik göstəricisi də yüksəlib. Belə ki, son bir ildə zərərlilik 4,0 faiz bəndi artaraq 54,5%-dən 58,5%-ə çatıb.