Azərbaycanda könüllü sığorta azalıb, icbari sığorta isə artıb.
FED.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında könüllü sığortada yığımlar 387 milyon 055 min manat , ödənişlər isə 159 milyon 657 min manat təşkil edib.
Eləcə də bax:Avtomobillərin icabri sığortasında yığımlar və ödənişlər - ARTIB
Könüllü sığorta üzrə yığımlar ötən ilin eyni dövrü ilə müqayisədə 63 milyon 706 min manat və ya 14,13% azdır.
Ödənişlər isə ötən illə müqayisədə 9 milyon 916 min manat və ya 6,62% artıb.
İcbari sığorta üzrə göstəricilərə gəldikdə isə bu ilin yanvar-oktyabr aylarında bu sinif üzrə yığımlar 183 milyon 464 min manat , ödənişlər isə 65 milyon 815 min manat təşkil edib.
Ötən illə müqayisədə bu il icbari sığorta üzrə yığımlar 17 milyon 055 min manat və ya 10,24%, ödənişlər isə 9 milyon 597 min manat və ya 17,07% artıb.