Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 264,787 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-MAY, 2021)
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-may aylarına nisbətən 9% çoxdur.
Ötən 5 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 12,55% artaraq 133,214 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 151,541 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 36,6% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 93,8% artaraq 56,693 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 57,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-may aylarında 45,65 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 24,7 manatdan 42,6 manata çatıb. (Renkinq)