2018-ci ildə Azərbaycanda könüllü sığorta növlərinin hesabına 536,147 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 42,9% çoxdur.
İl ərzində icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 5,6% artaraq 191,807 milyon manat olub.
Eləcə də bax: Sığorta haqlarının illik dinamikası renkinqi (yanvar- dekabr, 2018) –CƏDVƏL 3
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 172,565 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 13,5% azdır. Ötən il icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 17,5% artaraq 67,769 milyon manata çatıb.
Beləliklə, 2018-ci ildə könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 32,2 manatı qədər ödəniş edilib. Bu rəqəm 2017-ci ildə 53,15 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 31,8 manatdan 35,3 manata qalxıb.