Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 67,636 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Azərbaycanda icbari sığorta bazarı - 13% ARTIB
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-mart ayları ilə müqayisədə 31,2% çoxdur.
Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 173,129 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 15,7% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 36,067 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 34,85% artaraq 40,997 milyon manata çatıb.
Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 53,3 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 23,7 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-mart aylarında müvafiq olaraq 30,7 manat və 20,3 manat olub.
Renkinq