Cari ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri üzrə 143,136 mln. manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 21,6% çoxdur.
FED.az Azərbaycan Mərkəzi Bankının sığorta bazarı üzrə açıqladığı hesabata istinadən xəbər verir ki, bu dövr ərzində icbari sığorta növlərindən əldə olunan sığorta haqlarının həcmi illik müqayisədə 17,6% azalaraq 35,171 mln. manata düşüb.
Hesabat dövründə könüllü sığorta növlərinə aid ödənişlərin məbləği 63,55% azalaraq 24,463 mln. manat, icbari sığorta növləri üzrə isə 56,2% azalaraq 14,473 mln. manat təşkil edib.