Bu ilin yanvar-may aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 212,707 milyon manat sığorta haqqı toplanılıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü müqayisədə 16,7% azdır.
Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 11,7% artaraq 106,565 milyon manat olub.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 64,023 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 8,3% azdır. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 7,55% artaraq 29,754 milyon manata çatıb.
Beləliklə, 2019-ci ilin yanvar-may aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 30,1 manatı qədər ödəniş edilib. Bu rəqəm 2018-ci ilin yanvar-may aylarında 27,3 manat olub. Son 1 ildə icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 29 manatdan 27,9 manata düşüb.