Bu ilin yanvar-iyun aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 304,513 milyon manat sığorta haqqı toplanılıb.
Eləcə də bax: Sığorta ödənişlərinin dinamikası üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ (YANVAR-İYUN, 2021)
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-iyun aylarına nisbətən 11,1% çoxdur.
Ötən 6 ayda icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə illik müqayisədə 11,8% artaraq 147,853 milyon manata düşüb.
Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 183,663 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 19,25% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 88% artaraq 64,536 milyon manata çatıb.
Beləliklə, 2021-ci ilin yanvar-iyun aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 60,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2020-ci ilin yanvar-iyun aylarında 56,2 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26 manatdan 43,65 manata çatıb.(Renkinq)