Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti cari ilin ötən dövründə 1130 nəfərə işsizlikdən sığorta ödənişi təyin edib.
FED.az xəbər verir ki, müəssisənin ləğvi və ya işçilərin (yaxud ştatların) sayının ixtisar edilməsi nəticəsində işini itirmiş və aidiyyəti rayon (şəhər) Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata alınmış şəxslərə qanunvericiliyə uyğun olaraq, işsizlikdən sığorta ödənişi verilir.
Eləcə də bax:«Azərbaycan Sənaye Sığorta» ASC-nin www.aiic.az saytı - YENI DİZAYNDA
İşsizlikdən sığorta Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq Mərkəzlərində qeydiyyata alındıqdan sonra işsiz kimi qeydiyyata düşmək hüququ yaranan və azı 3 il sığorta stajı olan şəxslərə təyin edilir.
Sığorta ödənişi işsiz şəxsin sığorta stajından asılı olaraq onun orta aylıq əməkhaqqının məbləğinə faiz dərəcələri tətbiq olunmaqla hesablanır.