2019-cu ildə Azərbaycanda qarışıq maliyyə risklərindən sığorta kəskin artıb.
FED.az xəbər verir ki, ötən il bu sığorta növü üzrə ödəmələr 570 dəfə artaraq 2018-ci ildəki 564 manatdan 2019-da 321,5 min manata yüksəlib.
Eləcə də bax: Sığorta ödəniş/yığım nisbəti üzrə - ŞİRKƏTLƏRİN RENKİNQİ - FAİZ (YANVAR-DEKABR, 2019)
Bu məbləğ və artım bütünlüklə işin dayanması ilə bağlı risklərdən sığortanın payına düşür.
Qeyd edək ki, ümumilikdə 2019-cu ildə sığorta bazarında 6,4% geriləmə baş verib. Bu da həyatın yığım sığortası ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər və buna görə, həmin sığorta növünə marağın azalması ilə bağlıdır.