Azərbaycanda icbari sığorta üzrə yığımlar və ödənişlərin həcmi açıqlanıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-mart aylarında bu növ sığorta üzrə yığımlar 94 milyon 829 min manat təşkil edib.
Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 275 min manat və ya 4% çoxdur.
Ötən ilin yanvar ayında bu göstərici 91 milyon 554 min manat təşkil edib.
Bu dövrdə bu növ sığorta ödənişləri 29 milyon 191 min manat təşkil edib ki, bu da illik müqayisədə 5 milyon 119 min manat və ya 21% çoxdur.
Ötən ilin eyni dövründə 24 milyon 072 min manat sığorta ödənişləri edilmişdi.
Hesabat dövründə zərərlilik göstəricisi isə 31% təşkil edib. Zərərlilik göstəricisi son bir ildə 4% artıb. 2023-ci ilin eyni dövründə isə zərərlilik göstəricisi 26% təşkil edib.